"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Mingəçevir"ə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırara qilk olaraq görüşlə bağlı danışıb.
- Düşünürdük ki, fərqli olacaq. 1/8 final mərhələsi bir oyundan ibarətdi. Az oynayan futbolçulara şans vermək istəyirdik. Komandanın yanaşması məni sevindirir. Yolumuza davam edirik.
- Bəzi futbolçuları oyundan sonra məşqə göndərdinizz. Bunun səbəbi nədir?
- Oynamayan futbolçular da oyun yükünü almalıdı. Plan üzrə nə var idisə, onu da icra edirdilər.
- Gənc oyunçulardan müsbət mesaj verənlər oldu?
- Mesaj bir oyunla verilmir. Bu, uzunmüddətli prosesdi. Mustafa Əhmədzadəni nümunə kimi göstərə bilərik. Xahişim budur ki, gənc oyunçuları çox reklam etməyək, onları rahat buraxaq. İnkişafın ilkin mərhələsindədirlə, onları yoldan çıxarmaq asandı. Potensiallı futbolçularımız var. Yaxşı səviyyəyə çatmaq üçün daha artığını etməlidirlər.
- "Araz-Naxçıvan"ın heyəti həm kubokda, həm çempionatda mübarizə aparmağa imkan verir?
- İndiki durumda hələ ki transfer haqda fikirləşmirik. Əlbəttə ki, hər iki turnirdə mübarizə aparmaq üçün maksimum çalışmaq lazımdı.
- Növbəti mərhələdə "Zirə" və "Şamaxı"dan hansı ilə qarşılaşmaq istəyirsiniz?
- Tam səmimi deyirəm, heç kimi düşünmürük. Qarşıdakı "Səbail"lə oyunu düşünürük.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC