“Bavariya”nın qapıçısı Manuel Noyer karyerasında meydana çıxdığı 800-cü matçında ilk dəfə qırmızı vərəqə alıb.
Presssport.az xəbər verir ki, bu, Almaniya Kubokunun 1/8 finalında “Bayer”lə matçın 17-ci dəqiqəsində reallaşıb.
Belə ki, Noyer qapıçı meydançasını tərk edərək rəqib futbolçu Ceremi Frimponqu aşkar qol imkanından məhrum edib və bu epizoda görə hakim ona birbaşa qırmızı vərəqə göstərib.
Qarşılaşmanın 69-cu dəqiqəsində isə “Bayer”in yarımmüdafiəçisi Neytan Tella yeganə qolu vurub. Bununla da Leverkuzen təmsilçisi “Bavariya”nı ölkə kubokundan kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.
Noyer başına ilk dəfə gələn hadisəyə görə üzr istəyib: “Bu, şübhəsiz ki, böyük bir məyusluqdu. Qırmızı vərəqədən sonra asan olmadı. Uşaqlar əllərindən gələni etdi və meydanda hər şeylərini qoydu. Onları qınamaq olmaz. Komandadan üzr istədim. Frimponqa kobudluq etmək istəmirdim, topu götürməyə çalışdım, amma çatdırmadım. Onun ofsaydda olacağına ümid edirdim. Olanları dəyişə bilmərəm. Bu, səhv idi və bunu qəbul etməliyəm – təəssüf ki, başqa seçimim yoxdu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC