Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.
Presssport.az xəbər verir ki, "Qəbələ" də öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "Qəbələ"nin baş məşqçisi Kaxabar Tsxadadze klubun rəsmi saytına açıqlama verib. Matçla bağlı fikirlərini bildirən gürcü mütəxəssis "Qarabağ"ın Azərbaycanda son 15 ilin ən yaxşı komandası olduğunu diqqətə çatdırıb: "Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut edib. Oyunçularıma təşəkkürümü bildirir, onlara "çox sağ ol" deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var. Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dı, bu da normaldı. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm və bir daha “çox sağ ol” deyirəm".
Xatırladaq ki, “Qarabağ” hazırda Premyer Liqanın, “Qəbələ” I Liqanın vahid lideridi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC