"Neftçi" darmadağınla mərhələ adladı

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində son oyun günüdü.

Presssport.az xəbər verir ki, “Neftçi Arena”dakı matçda bu mərhələnin ən böyükhesablı qələbəsi, ən bol qollu matçı qeydə alınıb.

Belə ki, “Neftçi” I Liqada son pillədə gedən "Difai"ni 6 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, "ağ-qaralar" 1/4 finalda "Kəpəz"ə rəqib olub. 

4 dekabr (çərşənbə)

18:00. "Neftçi" – "Difai" - 6:0 
Qollar: Yeqor Boqomolski, 21; 67. Murad Məmmədov, 25-pen. Yuri Matias, 27. Ağadadaş Salyanski, 57. Andrey Ştoqrin, 63. 

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Neftçi Arena" stadionu

“Neftçi”: 1. Emil Balayev (k), 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rustam Samigullin, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon
Baş məşqçi: Samir Abasov
“Difai”: 1. Sahib Həsənov, 6. Əzəmət Ələkbərli, 55. Seymur Əliyev (k), 27. Tolqar Yaqubov, 17. Riad Abbaszadə, 8. Emil Quluzadə, 3. Əbil Əbilov, 32. Xəyyam Məmmədli, 66. Arzu Atakişiyev, 9. Kristian Kamta, 19. Muhammed Alfa
Ehtiyat oyunçular: 85. Nail Alışov, 90. İlham Allahverdiyev, 10. Tahir Zeynalov, 77. Əli Mürsəlov, 44. Sərcan Omarov, 24. Rəvan Əvəzov, 11. Sənan Ağayev
Baş məşqçi: Xaqani Məmmədov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC