Avropa klublarının skautları hansı futbolçuya görə Azərbaycana səfər edib?

Keçən həftə Danimarkanın "Kopenhagen" və Belçikanın "Gent" klubunun skautları Azərbaycanda səfərdə olub.

Presssport.az xəbər ki, onlar Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda noyabrın 28-də keçirilmiş Konfrans Liqasının "Dinamo" (Minsk, Belarus) - "Kopenhagen" matçını canlı izləyib. 

Bunda məqsəd "Dinamo"nun qapıçısı Fyodor Lapouxovun oyunu ilə yaxından tanışlıq olub. Adları çəkilən klublar 21 yaşlı qolkiperə maraq göstərir və onu heyətinə cəlb etmək istəyir. Onun Minsk klubuyla müqaviləsi bu ayın sonu başa çatır. Lapuxov 2024-ci il mövsümündə 27 oyunda meydana çıxaraq 10 qol buraxıb, 19 matçda isə qapısını toxunulmaz saxlayıb. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Belarus klubları avrokuboklarda ev oyunları neytral meydanlarda keçirir. “Dinamo” o üzdən bu mövsüm qrupda rəqiblərini Sumqayıtda qəbul edir. "Kopengahen"ə qarşı matçda belaruslular 1:2 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC