"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"u penaltilər seriyasında məğlub edərək növbəti raunda yüksəlib. Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qələbəni şərh edib.
- Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdi. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdı və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq.
- Penalti seriyası planlarınıza daxil idi?
- Qapıçılarımız hazır idi, oyunçularımız yox. Penaltilər seriyası lotereyadı. Burda kim stressə daha dözümlü olursa, o qalib gəlir.
- Mətbuatda belə xəbər var ki, "Turan Tovuz" Sofian Çakla ilə maraqlanır. Futbolçu da oyun bitən kimi dərhal paltardəyişmə otağına yollandı. Bunun səbəbi nə idi?
- Sofian həqiqətən də çox fərqli şəxsiyyətdi. Bəzən onun davranışlarını heç kim başa düşmür. Amma belə insanları çox sevirəm. Burda qeyri-adi bir şey görmürəm.
- Növbəti oyununuz "Qarabağ"a qarşı olacaq. Belə çətin matçdan sonra komandanı necə hazırlayacaqsız?
- Əlbəttə ki, çox ağır olacaq. Futbolçuların əksəriyyəti bu gün 120 dəqiqə meydanda oldu. Müəyyən rotasiyalar edəcəyik. Əlavə edərdim ki, bu gün süni meydançada oynamaq vəziyyəti bir qədər də ağırlaşdırır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC