Berdıyev məğlubiyyəti təcrübəsizliklə əlaqələndirib: "Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq"

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a evdənpenaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Presssport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb.

- Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv buraxdıq və nəticədə qol oldu.

- Denis Marandiçinin zədələnməsi komandaya necə təsir etdi?

- Çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdü. Penaltilər seriyası lotoreyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq.

- Rəqibin ilk qolunu necə şərh edərdiniz?

- Qeyri-adi heç nə deyə bilmərəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC