"Turan Tovuz"un Azərbayca Kubokunun 1/8 final mərhələsində "Sabah"la oyunda ağır zədə alaraq meydanı tərk edən futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Presssport.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəsi ağır olduğundan moldovalı müdafiəçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan 28 yaşlı futbolçunun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Bu yerdə bildirək ki əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa, legionerin əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC