Milli Basketbol Assosiasiyasında (NBA) 63 ildən sonra ilk yaşanıb.
Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, son 63 ildə ilk dəfə Milad bayramı günündə keçirilən oyunda rəqib komandaların hər birinin tərkibində yer alan oyunçu 40 və ya daha çox xal toplayıb.
Bu, dekabrın 25-də "Nyu-York" və “San-Antonio” arasında keçirilən matçda reallaşıb.
Görüşün ən məhsuldar oyunçusu "San-Antonio"dan Viktor Vembanyama olub. O, 42 xal toplayıb və 18 ribaund edib. Meydan sahiblərindən isə ən çox xalı Mikal Bricez toplayıb - 41.
Onu da bildirək ki, qarşılaşma “Nyu-York”un 117:114 hesablı qələbəsi ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC