“Nürnberq”in icraçı direktoru Yoti Hatzialeksiu azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb.
Presssport.az xəbər verir ki, məşhur “Bild” nəşrinə açıqlama verən Almaniya klubunun rəsmisi milli komandamızın forvardına belə qiymət verib:
"Mahirin bəxti və ya bəxtsizliyi ondadır ki, "Miro" özü də keçmiş hücumçudur. Buna görə də hücum edən oyunçularına yüksək tələblər qoyur. Mahir inkişafı üçün növbəti addımı atmalıdır. Amma o, ruhən güclü biridir. O, hətta bəzən qeyri-ənənəvi işlər görən meydanda sərbəst rəssamdır. Ona görə də bəzən Mahir 25 metrlik məsafədən hədəfə düşə bilir".
Onu da bildirək ki, klub rəsmisinin nəzərdə tutduğu “Miro” baş məşqçisi Miroslav Klozedi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC