Braziliyalı futbolçu Olavio Juninyo bu gün “Qarabağ”ın düşərgəsini tərk edir.
Presssport.az xəbər verir ki, bu barədə Brazliya mətbuatında məlumat yer alıb. Bildirilir ki, 28 yaşlı hücumçu paytaxt Rio-de-Janeyroya yollanacaq. O, “Flamenqo” üçün tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq.
Müqavilənin müddəti 2028-ci ilin sonuna qədər nəzərdə tutulub. Bundan sonra Juninyo ABŞ-da təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulacaq.
Onu da bildirək ki, “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq və həmin məbləğ ona hissə-hissə ödəniləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC