Azərbaycan - Yunanıstan görüşünün hakimləri açıqlanıb

Azərbaycan futzal millisinin AVRO-2026-nın əsas mərhələsinin Bakıda Yunanıstana qarşı keçirəcəyi oyunu üçün hakim təyinatlar bəlli olub.

Presssport.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıb.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC