“Qarabağ” heyətini yeni hücumçuyla gücləndirilə bilər.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi “Hermanştadt”ının oyunçusu İanis Stoika ilə yaxından maraqlanır.
Rumıniya klubunun 22 yaşlı üzvü sol cinah yarımmüdafiəçisi kimi də çıxış etməyə qadirdi. Gənc rumıniyalı futbolçunun transferi uğrunda mübarizədə rəqiblər Buxarest və Kiyev “Dinamo”larıdı.
“Hermannstadt” təmsilçiləri öz növbəsində Stoika üçün 1,5 milyon avro tələb edir.
Rumıniya klubunun baş məşqçisi Marius Maldaraşanu da bu haqda danışıb: “İanis yaxşı hücumçu, partlayıcı gücü olan futbolçudu. Taktiki cəhətdən də oyununu təkmilləşdirdi, xeyli artırıb.
Elə vaxtlar olur ki, Stoika hələ də müdafiədə zəif oynayır. Lakin o, hələ də hücumameyilli oyunçudu. İanis üçün tələb olunan qiymət haqlıdır və o, buna layiqdi”.
Stoika bu mövsüm 22 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Qarabağ" braziliyalı əsas hücumçus Olavio Juninyo Vətəninə dönməyə üstünlük verərək "Flamenqo"ya keçir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC