Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.
Presssport.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.
Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.
Hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC