"Turan Tovuz" Antalya toplanışına məğlubiyyətlə başladı

Mövsümün 2-ci yarısına Türkiyədə hazırlaşan "Turan Tovuz" bu gün ilk yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, Kurban Berdiyevin komandası Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qloriya" (Buzeu) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, "Turan Tovuz"un Türkiyədə 2-ci hazırlıq matçı yanvarın 12-də baş tutacaq. Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə saat 18:00-da) start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC