I Liqada mübarizə aparan "Mingəçevir"in ev oyunlarını harda keçirəcəyi açıqlanıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işlərinin aparılır.
Ona görə də "Mingəçevir” Futbol Klubunun müraciəti, Peşəkar Futbol Liqasının qərarına əsasən, təmir və yenidənqurma işləri sonlandırılanadək komanda ev oyunlarını Zaqatalada keçirəcək. Bölgə təmsilçisinin matçları Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda olacaq.
Xatırladaq ki, "Mingəçevir" hazırda I Liqada turnir cədvəlində 6 xalla sonuncu - 10-cudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC