"Şəki" Azərbaycan Basketbol Liqasında son 3 ilin rekorduna imza atıb

"Şəki" basketbol klubu ardıcıl 8 qələbə qazanmaqla yeni rekord müəyyənləşdirib.

Presssport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bununla son 3 mövsümdə heç bir kollektivin bacarmadığı nəticəyə imza atıb.

"Şəki" dekabrın 1-də Gəncədə eyniadlı kluba məğlubiyyətdən sonra uduzmayıb. Bu müddətdə keçirilən 8 qarşılaşma şəkililərin qələbəsi ilə başa çatıb.

Bedri Meriçin baş məşqçisi olduğu komanda hazırda A qrupunun lideri və son ölkə çempionu "Sabah"la yanaşı, cari mövsümdə ən az məğlub olan komandadı. Bu, cəmi 2 dəfə baş verib. 2022/23 mövsümündə 2, 2023/24 mövsümündə cəmi 1 qələbəsi olan "Şəki' cari mövsümdə artıq 10 qalibiyyətə sevinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC