"Mövsümü xilas etmək üçün ölkə kubokunu qazanmalıyıq" - "Neftçi"nin legioneri

"Neftçi"nin müdafiəçisi Yuri Matias Misli Premyer Liqasının 21-ci turunun “Şamaxı” ilə oyununu (1:0) şərh edib.

Presssport.az xəbər verir ki, braziliyalı legioneri sərt və asan təslim olmayan rəqiblə qarşılaşdıqlarınını vurğulayıb: "Onlar sona qədər mübarizə aparır. Amma biz yaxşı oynadıq və layiqli qələbə qazandıq. Öz gücümüzə inanmağımız üçün ardıcıl qələbələr qazanmağa ehtiyacımız var. Oyun baxımından da rəqibi üstələdik. İkinci hissədə isə onlara qol vurmaq şansı vermədik. Mövsümün qalan hissəsinə nə qədər xoşumuz gəlməsə də, real yanaşmalıyıq. Kubok mövsümün qalan hissəsinin vacib hissəsi olacaq. Biz bu turnirdə özümüzü qələbəyə kökləyəcəyik. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. “Neftçi” kimi klub hər mövsüm orada oynamalıdır. Ona görə də mövsümü xilas etmək üçün Azərbaycan kubokunu qazanmalıyıq" (sportal.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC