"Qarabağ" geriləyib - UEFA reytinqində

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a uduzması (0:3) nəticəsində sıralamadakı mövqeyi dəyişib. 

Belə ki, aktivində 32,000 xalı olan Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

"Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.

Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşür. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar.

Reytinq cədvəlinə 138,500 xalla “Real” liderlik edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC