Borisovun 2:9 hesablı məğlubiyyətə şərhi: "Uşaqlara elə də çox iradım yoxdu"

Futzal millimizin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiyaya uduzduqları (2:9) oyunu şərh edib.

Presssport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis matçı belə dəyərləndirib: “Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən.

İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidi".

Borisovun yetirmlərinə elə də çox iradı yoxdu: “Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda 2-ci yeri tutmaq baxımından son şansımız olacaq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC