Dadaşovun "Radomyak"la imzalayacağı müqavilə müddəti bəlli olub

Millimizin futbolçusu Renat Dadaşov və Polşanın "Radomiak" futbol klubu arasında müqavilənin müddəti açıqlanıb.

Presssport.az Polşa mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb.

Anlaşmanın müddətinin artırılmasına dair bənd də var.

Son klubu "Ankaragücü" olan Dadaşov artıq Polşadadır. 26 yaşlı hücumçu yeni komandasının Ekstraklasa-nın 22-ci turunda “Legiya” ilə ötən şənbə oyununa (3:1) tribunadan izləyib. Daha əvvəl futbolçunun transferini "Radomyak"ın portuqaliyalı baş məşqçisi João Henrikes açıqlamışdı. 

Xatırladaq ki, “Radomyak”da millimizin daha bir üzvü - müdafiəçi Rahil Məmmədov çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC