Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.
Presssport.az xəbər verir ki, 2 gün davam edən yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıb.
Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurub. Tamblinq üzrə millinin üzvlərindən Adil Hacızadə finalda 29.400 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tofiq Əliyev isə 29.100 xal toplayaraq turniri gümüş mükafatla başa vurub.
Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edib. Bu növ üzrə Selcan Mahsudova və Əli Niftəliyev cütlüyü bürünc medala yiyələnib.
Xatırladaq ki, Azərbaycan Dünya Kubokunda 9 idmançı ilə təmsil olunub. Turnirdə 15 ölkədən idmançılar iştirak edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC