"Qarabağ" Azərbaycan çempionatında rekordunu təkrarlayıb

"Qarabağ" Azərbaycan çempionatında rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna "Sabah"la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIV turunun oyununda nail olub.

Ağdam təmsilçisi çempionatda 60-cı qolunu vurub. Bu topa fransalı yarımmüdafiəçi Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də “60”a 24-cü oyunda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdu. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC