Bakıda güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilib

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilib.

Presssport.az Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər veri ki, beynəlxalq arenada peşəkar hakimlər yetişdirmək məqsədi ilə keçirilən kurslara Azərbaycan, Polşa, Pakistan və Estoniyadan olan hakimlər qatılıb.

Kurs müddətində hakimlər seminarlarda iştirak edərək, 2025-ci ildə təsdiq olunmuş ISSF qaydaları ilə ətraflı tanış olub, daha sonra isə əldə etdikləri biliklər əsasında imtahandan keçib.

Onu da bildirək ki, fevralın 20-dən 23-nə qədər keçirilən seminarlar və praktiki məşğələlər zamanı hakimlər biliklərini təkmilləşdirib, kursun sonunda isə imtahan verərək beynəlxalq sertifikat əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC