Daha bir qadın güləşçimiz Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Presssport.az xəbər verir ki, qadın güləşi üzrə son medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.

Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub.

Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.

Xatırladaq ki, ötən gün Azərbaycanın daha bir qadın güləşçisi Günay Qurbanova (59 kq) qızıl medal qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC