Juninyo Braziliyaya qayıtdıqdan sonra üzləşdiyi çətinlikdən danışdı: "Burda bir az əziyyət çəkdim, çünki çox soyuq bir yerdən gəldim."

Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.

Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edərək 1:2 hesabıyal uduzub.

Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo 66-cı dəqiqədə meydana daxil olub. Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).

Matçdan sonra Juninyo yerli jurnalistlərə açıqlama verib. O, Azərbaycandan Braziliyaya qayıtdından sonra üzləşdiyi çətinlikdən bəhs edib: “Burda (Braziliyada - red.) bir az əziyyət çəkdim, çünki çox soyuq bir yerdən gəldim. İndi Rio de Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir. Yemək, iqlim, saat fərqləri… Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda da 10 gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdı”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC