"Lokomotiv" "Zirə"nin futbolçusunu istəyir - ödəyəcəyi məbləğ də bəllidi

"Zirə"nin futbolçusu Salifu Suma xarici klubların maraq dairəsindədi. 

Presssport.qaz xəbər verir ki, qvineyalı vunger uğrunda mübarizəyə girən digər klublardan biri də “Lokomotiv”di.

Belə ki, Moskva klubu həm “Zirə”yə, həm də futbolçunun özünə sərfəli təklif etməyə hazırdır. Xüsusilə, danışıqların uğurlu olacağı təqdirdə Suma Rusiyada ayda 20 min avroya qədər pul alacaq.

"Lokomotiv" bu müqaviləni yayda tamamlamağa hazırlaşır. O da bildirilir ki, moskvalıların təklifi 21 yaşlı sağ cinah yarımmüdafiəçisi uğrunda mübarizədə favorit olan türkiyəli “Fənərbaxça”dan daha cəlbedicidir.

Xatırladaq ki, müxtəlif mənbələrə görə, zirəlilər Suma üçün 800 min avro tələb edir. Onun "Zirə" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC