“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdi".
Presssport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Ayxan Abbasov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
44 yaşlı mütəxəssis çətin işdə ona etibar edən şəxslərə təşəkkürünü bildirərək, üzərinə çox böyük iş düşdüyünü sözlərinə əlavə edib: "Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Xatırladaq ki, Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC