Ayxan Abbasovun yığmamızın yeni baş məşqçisi təyin olunub - RƏSMİ

Aşağı yaş qruplarından ibarət Azərbaycan millilərinin baş məşçqiləri açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Baş katib Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:

Elxan Abdullayev - Azərbaycan U-19

İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)

Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)

Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC