Ayan Allahverdiyeva ilk dəfə Azərbaycan çempionu olub

Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.

Presssport.az xəbər verir ki, o, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb.

Çempiondan yarım xal geri qalan Nərmin Abdinova 2-ci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə 3-cü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar.

Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk “5-lik”də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Qeyd edək ki, çempionatda ilk iki yeri tutan şahmatçılar - Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC