"Qəbələ"də növbəti məşqçi gedişi - daha biri də yola salınır

“Qəbələ”də növbəti məşqçi gedişi baş verib.

Klubun idman direktoru Səbuhi Səfiyarlının Presssport.az-a verdiyi məlumata görə, türkiyəli fiziki hazırlıq üzrə məşqçi Çağlar Volqa ilə müqaviləsi bitib və onun müddəti uzadılmadığından əməkdaşlığı davam etməyəcək. 

Qapıçılarla işləyən Vüqar Məmmədovla bağlı isə müzakirələr gedir. Belə ki, büdcəylə bağlı suallar var deyə adıçəkilən mütəxəssislə yolların ayrılması mümkündü. Onun yerinə “Qəbələ” Futbol Akademiyasından məşqçinin cəlb olunması variantı götür-qoy edilir. Bu yerdə bildirək ki, “qırmızı-qaralar”da 10 ildən çoxdu çalışan, vaxtilə əvəzedici komandada da işləmiş Məmmədovun daha 1 illik müqaviləsi var və onun pozulması danışılır. 

Xatırladaq ki, Çağlarla birgə yanvarda “Qəbələ”yə gələn Rakif Əliyev də qarşılıqla razılqla klubdan gedib. Gürcü baş məşqçi Kaxaber Tsxadadze və onun köməkçisi olan həmyerlisi George Çixradzeylə isə müqavilələr 2027-ci ilin yayınadək uzadılıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC