Azərbaycan Kuboku tarixində yalnız 3 komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1993/94 mövsümündə “Kəpəz”, 1994/95 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib.
“Zirə” finalda qalib gəlsə, bu 3 komandanın bacardığını təkrarlayacaq. Rəşad Sadıqovun komandası finala qədər keçirdiyi 5 matçda qalib gəlib.
Yarışın tarixində daha 3 klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.
Xatırladaq ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC