Səudiyyə Ərəbistanının Kral Kubokunun final oyunu keçirilib.
Presssport.az xəbər verir ki, həlledici görüşdə “Əl-Hilal”la "Əl-Nəsr" üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmadığından, görüş penaltilər seriyasına qədər uzanıb. Burda "Əl-Hilal" daha dəqiq olaraq (5:4) kubokun sahibi olub.
Matçın final fitindən sonra “Əl-Nəsr”in kapitanı, ulduz futbolçusu Kriştiano Ronaldo qazona uzanaraq ağlamağa başlayıb. Komanda yoldaşları və klub işçiləri 39 yaşlı hücumçuya təsəlli verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC