Tsxadadze qayıdan kimi rekord vurdu

Kaxaber Tsxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.

Presssport.az xəbər verir ki,  2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.

Onun debütü “Qarabağ”la 23-cü turdan təxirə salınmış matça təsadüf edib. 56 yaşlı Tsxadadzenin baş məşqçisi olduğu komanda 0:4 hesabı ilə uduzub.

O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Maraqlıdı ki, Tsxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də məhz “Qarabağ”a qarşı olub – 2:1.

Qeyd edək ki, 4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC