Dünən keçirilən Azərbaycan derbisində Peşəkar Futbol Liqası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub.
Presssport.a xəbər verir ki, klublar meydançaya “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar. Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə “Neftçi” və “Qarabağ” klubları da dəstək olub.
Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.
Qeyd edək ki, Nəfəs Psixi Sağlamlıq Akademiyası psixiatriyanı insanlara tanıdaraq, faydalarından yararlanmağı təmin edir. Hədəfi xidmətləriylə ölkədə psixologiyanın inkişafında rol oynamaq, insanların həyat keyfiyyətini artırmaq olan akademiyanın əlaqə nömrələri və ünvanı aşağıdakı kimidir:
0519841222 0504451222
6-cı Mikrorayon, Qəzənfər Musabəyov küçəsi 4
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC