Azərbaycan Premyer Liqasının 27-ci turunun "Zirə" - "Kəpəz" matçının məkanı dəyişdirilib.
Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb:
“Zirə” Futbol Klubunun ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün klubun rəsmi müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən Misli Premyer Liqasının XXVII turunun “Zirə” – “Kəpəz” görüşünün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmasına qərar verilib. Matç 16 mart saat 16:00-da keçiriləcək. “Zirə” FK Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq".
Xatırladaq ki, "Zirə" yarımfinalda rəqibu olan “Qəbələ”ylə ilk matçını aprelin 2-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC