"Neftçi"dən 11-ci qələbə

Azərbaycan Basketbol Liqasında XV tura start verilib.

Presssport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Neftçi" və "Gəncə" görüşüb.

Pley-off zonasında qərarlaşan "Neftçi" rəqibi üzərində 97:62 hesablı inamlı qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub.

Ən məhsuldar basketbolçular "Neftçi"dən DiAncelo Stüart (17 xal, 7 ribaund), "Gəncə"dən İrşad Hant (19 xal, 11 ribaund) olublar.

XV turun növbəti oyunları ("Xırdalan" - "Xəzri", "NTD-İndiqo" - "Sərhədçi", "Cəlilabad" - "Sabah", "Şəki" - "Sumqayıt") 15, 16 və 17 mart tarixlərində baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC