Rövnəq Abdullayev Vaqif Sadıqovu təbrik etdi

AFFA prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovla görüşüb.

Presssport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Abdullayev Sadıqovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Yubilyara millimizin “65 nömrə”li forması hədiyyə olunub. 

Qeyd edək ki, bu gün Sadıqovun 65 yaşı tamam olur. Futbolçu həyatı daha çox “Neftçi”ylə bağlı olmuş keçmiş yarımmüdafiəçi karyerasını başa vurduqdan sonra, 1993-cü ildən başlayaraq 2014-cü ilədən məşqçilik edib. O, "Neftçi" də daxil olmaqla bir neçə klubda, eləcə də Azərbacanın əsas və U-21 milli komandalarında baş məşqçi işləyib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC