Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub. Presssport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən qitə birinciliyində yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC