Quluzadə Lüksemburqda bürünc medal qazanıb

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

Presssport.az xəbər verir ki, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” uğurlu çıxış edib. 

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC