Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Premyer Liqanın IX turunun "Sumqayıt"la ev matçında (3:2) fərqlənib.
Gürcüstanlı forvard 121-ci oyununda "40"a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
O, Fernando Peres ("Bakı") və Mehman Allahverdiyevlə ("Kəpəz") eyni göstəriciyə malikdir. Rekord isə "Qarabağ"da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC