Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə başa vurub

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatını beşinci pillədə başa vurub.

 

Presssport.az-ın məlumatına görə, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv beşinci yer uğrunda görüşdə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.

 

Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələrinə 0:3 hesabı ilə uduzub.

 

Finalda Polşa yığması Ukrayna komandasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC