"Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.

 

Presssport.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.

 

"Real"a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxan oyunçu təxminən yeddi həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.

 

Xatırladaq ki, Liqa mərhələsinin "Sabah" - "Barselona" oyunu noyabrın 15-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC