Murad Məmmədov zədədən sonra "Pafos"un heyətində növbəti oyununa çıxıb

Azərbaycanın millisinin və "Pafos"un futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yaşıl meydanlara qayıdıb.

 

Presssport.az xəbər verir ki, 20 yaşlı oyunçu Kipr çempionatının VII turunda "Nea Salamina" komandasına qarşı matçın 70-ci dəqiqəsində meydana çıxıb.

 

O, Qabriel Teyşeyranı əvəzləyib.

 

Murad Məmmədovun komandası səfərdə keçirdiyi görüşdən 0:0 hesablı bərabərliklə ayrılıb.

 

Qeyd edək ki, "Pafos" 7 turdan sonra 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. M.Məmmədov Kipr təmsilçisinin heyətində indiyədək 1 qol vurub.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC