Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub

Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

 

Azərbaycan Stolüstü Tennis Federasiyasından Presssport.az-a verilən məlumata görə, idmançı "Riga City Council's Youth Cup 2026" turnirində fərqlənib.

 

Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.

 

Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.

 

Qeyd edək ki, bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC