"Araz-Naxçıvan" - "Uypest" oyununun təyinatları açıqlanıb

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda keçiriləcək "Araz-Naxçıvan" - "Uypest" (Macarıstan) oyununun təyinatları açıqlanıb.

 

Presssport.az-ın məlumatına görə, matçın hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq.

 

Dominik Lorke (Polşa) "timekeeper", Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qarşılaşma oktyabrın 27-də, Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC