Antonelli "Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi olub

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula 1" üzrə dünya çempionatının 18-ci mərhələsinin - ABŞ Qran-prisinin qalibi olub.

 

Presssport.az xəbər verir ki, Yarışlar Ostindəki (Texas ştatı) "Amerikalar Trası" avtodromunda keçirilib.

 

İkinci yeri "Ferrari"dən monakolu Şarl Lekler tutub. Liderlər üçlüyünü "Red Bull" komandasından niderlandlı təmsilçisi Maks Ferstappen tamamlayıb.

 

Antonelli 365 xal toplayaraq pilotların sıralamasına başçılıq edir. İtaliyalını ilk çempionluq titulunu qazanmaqdan iki xal ayırır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC