Türkiyə Super Liqasının IX turunun matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb.
Presssport.az xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"ın qələbə qollarını Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub.
"Fənərbağça"nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb.
Bu nəticədən sonra xallarını 22-yə çatdıran "Qalatasaray" liderliyini qoruyub saxlayıb. Liqada 3-cü dəfə məğlubiyyətlə üzləşən "Fənərbağça"nın isə 16 xalı var.
"Qalatasaray" növbəti turda gələn həftə səfərdə "Konyaspor"la üz-üzə gələcək, "Fənərbağça" isə öz meydanında "Göztəpə" ilə qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC