Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını açıqlayıb.

 

Presssport.az xəbər verir ki, 39 yaşlı cinah oyunçusu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

 

O, "Aktobe"nin heyətində son ev oyununu keçirdiyini bildirərək klubda yaşadığı günlərin və Qazaxıstanda gördüyü isti münasibətin xatirəsinin yaddaşında qalacağını vurğulayıb.

 

Futbolçu çempionatda daha bir matçının qaldığını qeyd edib.

 

Nani bu ilin yanvarında "Aktobe" ilə müqavilə imzalayaraq futbolçu karyerasını bərpa edib. O, Qazaxıstan klubunun heyətində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, Nani karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", ABŞ-nin "Orlando Siti", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC