U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib.

 

Presssport.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

 

Azərbaycan millisinin heyətində Yusif Əlizadə (4, 6) və Qafar Babayev (16-p.) fərqləniblər.

Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

 

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

 

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir.

 

 Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC